Vnukovo hava limanında beş milyonluq qaçaqmal brilyant tutulub

Dünya


Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkət əməkdaşı brilyant qaçaqmalçılığına görə tutulub.

Vnukovo hava limanının gömrükçüləri 39 yaşlı Özbəkistan vətəndaşının baqajını skanerdən keçirən zaman çoxlu sayda elektron cihaz və qiymətli daşa dair 40 sertifikat aşkar ediblər.

Yoxlama zamanı gömrük əməkdaşı həmin şəxsin alt paltarında çoxlu xırda və 62 ədəd iriölçülü şəffaf və göy rəngli daş aşkar edib. Mütəxəssislər bunların brilyant olduğunu təsdiqləyiblər və onları beş milyon rubl  (təxminən 100 min AZN) dəyərində qiymətləndiriblər.

Qaçaqmalçı qiymətli daşları qohumlarına hədiyyə olaraq apardığını və dəyərinin 17 min dollardan çox olmadığını bildirib.

Mənbə: RİA Novosti “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir