“Qalatasaray” Çempionlar Liqasına heç-heçə ilə başlayıb

Dünya


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

resmixeber.az xəbər verir ki, bu günə nəzərdə tutulan 7 qarşılaşmadan 2-si artıq başa çatıb.

Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”lə məhsuldar heç-heçə edib – 2:2.

Hesabı 48-ci dəqiqədə meydan sahiblərindən Matias Oyevusi açıb. 75-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Abdülkerim Bardakcı tarazlığı bərpa edib. Cəmi 3 dəqiqə sonra Halil Dervişoğlu qonaqları hesabda önə keçirib. Son nöqtəni isə 90+2-ci dəqiqədə Donatas Kazlauskas qoyub.

Digər oyunda isə HİK Finlandiyada Norveç “Molde”sini minimal hesabla məğlub edib. Yeganə qolu 25-ci dəqiqədə Topi Keskinyen vurub.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul

20:00. “Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə) – 2:2
Qollar: 
Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 – Abdülkerim Bardakcı, 75. Halil Dervişoğlu, 78
Qırmızı vərəqə: Donatas Kazlauskas (“Jalgiris”), 90+2

20:00. HİK (Finlandiya) – “Molde” (Norveç) – 1:0
Qol:
 Topi Keskinyen, 25

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir