Killian Mörfinin məşhur filmdəki obrazına oxşamaq üçün elədikləri həmkarlarını şoka salıb – FOTO

Dünya


Kristofer Nolanla işləmək üçün nələrisə qurban vermək lazımdır. “Oppenheimer” filminin çəkilişləri zamanı aktyor Killian Mörfi də çox sərt pəhriz saxlayıb.

Bu barədə onun filmdə həyat yoldaşı “Ketrin Oppenhaymer”i canlandıran Emili Blant danışıb. Aktrisa həmkarının ancaq çərəz yeməsindən şoka düşdüyünü deyib:

“Hər gün o, ancaq məsələn, badam yeyə bilərdi. O, çox tükənmiş kimi görünürdü”.

Killianın özü də fizik Robert Oppenhaymerə bənzəmək üçün arıqladığını etiraf edib:

“Mən bədənim üzərində işləməyi sevirəm. Oppenhaymer çox dəqiq bir fiqura və siluetə sahib idi, onu düzgün göstərmək istəyirdim. Bir az çəki itirməli oldum… Oppenhaymer çox arıq olub”, – deyən ulduz nə qədər arıqladığını açıqlamayıb.

Bununla belə, aktyor başqalarına belə pəhrizləri tövsiyə etməyib və sağlamlığa mənfi təsiri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “Oppenheimer” filmi iyulun 20-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində də nümayiş olunacaq.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir