Naxçıvanda avtomobil qəzasında üç nəfər xəsarət alıb

Kriminal


Şahbuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Naxçıvan şəhər sakinləri, 1982-ci il təvəllüdlü İlahə Təhməz qızı Vəliyeva, 1984-cü il təvəllüdlü Dilşad Fəxrəddin qızı Əliyeva və 2019-cu il təvəllüdlü Məhəmməd Elnur oğlu Əliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir