Çexiyalı tennisçi heç kimin gözləmədiyi halda Uimbildonun qalibi oldu

Dünya


Çexiyalı tennisçi Marketa Vondrouşova Uimbildon tennis turnirinin qalibi olub.

Dünyanın ən yaxşı raketka ustalarının siyahısında 42-ci pillədə qərarlaşan çexiyalı tennisçi heç kimin gözləmədiyi halda finala yüksəlib və həlledici qarşılaşmada tunisli təmsilçisi Ons Jaberə qalib gəlib.

Görüş 6:4, 6:4 hesabı ilə 24 yaşlı çexiyalının xeyrinə başa çatıb.

Tennisçilər kortda 1 saat 20 dəqiqə vaxt keçiriblər.

Əlavə edək ki, Uimbildon turnirinin mükafat fondu 56,3 milyon dollardır.

Mənbə: İzvestiya

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir