Yaponiyada sınaqlar zamanı daşıyıcı raket partladı – FOTO/VİDEO

Dünya


Yaponiyaya məxsus “Epsilon S” bərkyanacaqlı daşıyıcı raket mühərrik sınaqları zamanı partlayıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

İnsident cümə günü, iyulun 14-də səhər saatlarında Akita prefekturasındakı Noşiro poliqonunda baş verib.

Sınaqlar Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən aparılıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbi açıqlanmır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir