Yol kənarında narkotik vasitə aşkar edilib

Cəmiyyət


Həbsdə olan məhkumun yol kənarında gizlətdiyi narkotik vasitə aşkar edilib.

Ədliyyə Nazirliyi (ƏN) Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanası, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları birgə əməliyyat keçiriblər.

Xidmətdən verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun Tahir oğlu Cəfərzadə tərəfindən Nərimanov rayonu, Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir