Şabranda qonşular arasında dava düşdü: Ata və oğul döyüldü

Cəmiyyət


Şabranda qonşular arasında dava düşüb, ata və oğul döyülüb.

“resmixeber.az”un məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakinləri – 1972-ci il təvəllüdlü Əmrəliyev Mehman Əmrəli oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Rzayev Əmralı Mehman oğlu mübahisə zəminində qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir