
Bakı. Trend:
ABŞ-nin Texas ştatında güclü yağışların səbəb olduğu daşqınlar
nəticəsində azı iki nəfər həlak olub.
Bu barədə “CBS News” telekanalı ştatın qubernatoru Qreq Ebbotta
istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bir nəfər Komfort rayonunda, digər şəxs isə
Yuvalde yaxınlığında həyatını itirib. Qubernator sakinləri daşqın
sularından uzaq durmağa və təhlükə yaranacağı təqdirdə yüksək
ərazilərə çəkilməyə çağırıb.
Ebbott bildirib ki, xilasedicilər 230-dan çox əməliyyat
keçirərək insanları evlərdən və su altında qalmış avtomobillərdən
təxliyə ediblər. Yuvalde polis idarəsi isə Leon çayı yaxınlığındakı
alçaq ərazilərdə yaşayan sakinlərə suyun səviyyəsinin qəfil
qalxması təhlükəsi səbəbindən həmin əraziləri tərk etməyi tövsiyə
edib.

