
Bakı.Trend:
Yəmən sahillərinin cənubunda, Ədən körfəzində “Asana” adlı
kimyəvi maddələr daşıyan tanker naməlum silahlı dəstənin basqınına
məruz qalıb. Silahlılar gəminin göyərtəsinə qalxaraq onu öz
nəzarətlərinə götürüblər.
Bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsinə aid
mənbələrə istinadən məlumat yayıb.
Heç bir ölkənin bayrağı altında üzməyən kiçik tanker Somalinin
Bosaso limanında yan almalı idi.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatlarının
Koordinasiya Mərkəzi (UKMTO) Ədən körfəzi ilə şərq istiqamətində
hərəkət edən, Yəmənin Əl-Mukalla limanından 65 dəniz mili cənubda
yerləşən bir gəminin göyərtəsində naməlum şəxslər daxil olduğunu
bildirmişdi.

