AAYDA iriqabaritli yük avtomobillərinin törətdiyi qəzaların görüntülərini yayıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
iriqabaritli yük avtomobillərinin törətdiyi qəzaların görüntülərini
yayıb.

AAYDA tərəfindən yayımlanan görüntülərdə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin xüsusi qaydalarla
tənzimləndiyi vurğulanıb.

Bildirilib ki, bu qaydaların əsas məqsədi digər hərəkət
iştirakçılarının təhlükəsizliyini təmin etmək, eyni zamanda
körpüləri, yol ötürücülərini və digər yol infrastrukturu
elementlərini qorumaqdır.




Qeyd edilib ki, belə nəqliyyat vasitələri yalnız xüsusi icazə
sənədi əsasında, əvvəlcədən müəyyən edilmiş marşrut üzrə və zəruri
hallarda Avtomobil Yollarının Mühafizə Xidmətinin xüsusi müşayiəti
ilə hərəkət etməlidir.

Agentlik sürücüləri müəyyən olunmuş tələblərə ciddi əməl etməyə
çağıraraq, qaydaların pozulmasının ağır yol-nəqliyyat hadisələrinə
və yol infrastrukturuna ciddi zərər vurmasına səbəb ola biləcəyini
xatırladıb.