
İran ABŞ-ın hava qüvvələrinin İordaniyadakı “Muaffak Salti” hərbi aviabazasındakı THAAD raket əleyhinə müdafiə radarına pilotsuz uçuş aparatı ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Amerika rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ zədələnmiş avadanlığı əvəz etmək üçün tələsik addımlar atır.
Bildirilir ki, radarın qiyməti təxminən 500 milyon dollar təşkil edir.
Qeyd olunur ki, İranla hərbi əməliyyatların ilk günündən etibarən Əmmandan təxminən 100 km məsafədə yerləşən ABŞ bazası Tehranın zərbələrinin hədəfi olub.


