
Bakı. Trend:
“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi Ağ Evdə
keçirilən “flaminqolar”a həsr olunmuş mərasimdə ABŞ prezidenti
Donald Trump ilə görüşüb.
Trend xəbər verir
ki, argentinalı futbolçu Trampın müşayiəti ilə tədbir zalına daxil
olub. “İnter Mayami” komandasının qalan üzvləri onları içəridə
gözləyiblər.
Xatırladaq ki, Messi 2025-ci ildə “flaminqolar”la birlikdə MLS
Kubokunu və Şərq Konfransını qazanıb.
Hücumçu 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır. Bu
müddət ərzində o, bütün yarışlarda 90 oyunda meydana çıxıb, 79 qol
vurub və 44 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı
məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.


