Hindistan HHQ-nin “Su-30MKI” qırıcısı Assamda qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

Daha əvvəl radarlardan itmiş Hindistan Hərbi Hava Qüvvələrinə
(HHQ) məxsus Su-30MKI qırıcısı ölkənin şimal-şərqindəki Assam
ştatında qəzaya uğrayıb.

Trend xəbər verir
ki, bu barədə Hindistan HHQ-nin “X” sosial şəbəkəsində məlumat
verilib.




Bildirilib ki, “Təlim-məşq uçuşu yerinə yetirən Su-30MKI
qırıcısı Assam ştatının Karbi-Anqlonq rayonunda, Corhatdan təxminən
60 km məsafədə qəzaya uğrayıb. Axtarış əməliyyatı davam edir”.

Pilotların taleyi barədə məlumat yoxdur.