ABŞ-nin 20 ştatı Trampa qarşı məhkəmə iddiası qaldırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin 20 ştatının baş prokurorları prezident Donald Trampa
qarşı məhkəmə iddiası qaldıraraq prezidentin 10% idxal vergisini
ləğv etmək istəyiblər.

Trend xəbər verir
ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Ştatlar iddiada bildiriblər ki, “Prezident bütün dünyada lazım
olan hər hansı bir vasitə ilə tariflər tətbiq etmək niyyətində
olduğunu açıq şəkildə bildirib”.




Baş prokurorlar Trampın hərəkətlərini “tamamilə məhdudiyyətsiz
icra hakimiyyətinin həyata keçirilməsi” adlandırıblar. Onların
fikrincə, ABŞ prezidentinin bu vergini tətbiq etmək və 2025-ci ildə
çox sayda ölkədən gələn mallara tarif tətbiq etmək qərarını
qanunsuz hesab edən Ali Məhkəmənin qərarını “keçmək” səlahiyyəti
yox idi.

Nəşr yazır ki, Tramp yeni işi uduzsa, bu, administrasiyanı 10
faizlik tarif çərçivəsində toplanan pulu geri qaytarmağa məcbur edə
bilər.