“Etihad Airways” uçuşlarını bərpa edir

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti
dünyanın bəzi şəhərlərinə uçuşlarını bərpa edəcək.

Trend xəbər verir
ki, bu barədə aviaşirkətin mətbuat açıqlamasında bildirilib.




Açıqlamaya görə, “Etihad Airways” martın 6-da Əbu-Dabi ilə əsas
qlobal mərkəzlər arasında uçuşları qismən bərpa edəcək. Uçuşların
19 mart tarixinə qədər Moskva, Əhmədabad, Banqkok, Banqalor, Dehli,
Ciddə, Qahirə, Kolombo, Kuala Lumpur, London, Madrid, Male, Milan,
Mumbay, Nyu-York, Paris, Phuket, Ər-Riyad, Roma, Seul, Toronto,
Frankfurt, Hayderabad, Hanoi və Sürixə və geriyə yerinə
yetiriləcəyi gözlənilir.

Aviaşirkət martın 1-də İsrail və ABŞ-nin İrana qarşı hərbi
əməliyyatlara başlamasından bir gün sonra Əbu-Dabiyə uçuşları
dayandırmışdı.