ABŞ-İsrail əməliyyatında İranın 30-dan çox hərbi gəmisi məhv edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ İslam Respublikasına qarşı ABŞ-İsrail əməliyyatı
çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisini məhv
edib.

Trend xəbər verir
ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri
admiral Bred Kuper Floridada keçirilən mətbuat konfransında
açıqlayıb.




Admiral Kuper bildirib: “Biz İran Hərbi Dəniz Qüvvələrinə qarşı
zərbələri gücləndirmişik. Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp
24 gəmini batırdığımızı və ya məhv etdiyimizi dedi və o zaman bu,
doğru idi. İndi isə 30-dan çox gəmidən danışırıq”.