
Bakı. Trend:
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev-in Ultimate Fighting
Championship (UFC)-də növbəti rəqibi çilili Ignacio Bahamondes
olacaq.
Trend xəbər verir
ki, bu barədə “MMA Junkie” portalı məlumat yayıb.
Bildirilib ki, hər iki idmançı döyüş keçirməyə razılıq verib və
yaxın günlərdə sənədlərin imzalanması gözlənilir.
Döyüş martın 28-də ABŞ-nin Seattle şəhərində yerləşən Climate
Pledge Arena-da keçiriləcək.


