
Bakı. Trend:
Polşada əcnəbilərə qarşı kütləvi həbs və deportasiya əməliyyatı
həyata keçirilib.
Trend xəbər verir
ki, bu barədə Polşanın daxili işlər naziri Marcin Kierwiński “X”
sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, ölkədə təxminən 1800 yoxlama aparılıb və
nəticədə təxminən 140 nəfər saxlanılıb. Əcnəbilərin ölkəni tərk
etmələri üçün 130 prosedur həyata keçirilib.
Polşa Sərhəd Xidmətinin məlumatına əsasən, 110 halda şəxslərin
ölkə ərazisində qanunsuz yaşadıqları üçün Polşanı tərk etmələri ilə
bağlı məhkəmə prosesi başlanıb.
Digər 20 halda isə milli təhlükəsizliyə təhdid yaradan şəxslər
barədə Polşadan dərhal deportasiya qərarı verilib.


