İtaliya Tehrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

Baş səhifə

Bakı. Trend:

İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və diplomatik
missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Trend-in
məlumatına görə, bu barədə İtaliyanın Baş nazirinin müavini və
xarici işlər naziri Antonio Tayani bəyan edib.

Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq
Azərbaycan sərhədini keçib.

“Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini
bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50
italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda
qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla
diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik
fəaliyyətinə Bakıdan davam edəcək”, – deyə Antonio Tayani
vurğulayıb.