Tramp onu işdən çıxardı

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik katibi Kristi Noemi vəzifəsindən azad edib.

Modern.az-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. Tramp onun yerinə Oklahoma ştatından olan senator Markveyn Mallinin namizədliyini irəli sürüb. O, vəzifəsinin icrasına martın 31-də başlayacaq.

Kristi Noem isə şənbə günü Florida ştatının Doral şəhərində elan ediləcək Qərb yarımkürəsindəki yeni təhlükəsizlik təşəbbüsü olan “Amerika Qalxanı” üçün xüsusi elçi vəzifəsinə keçəcək.