
Bakı. Trend:
“Ford Motor” şüşə silən mühərrikindəki nasazlıq səbəbindən
ABŞ-də təxminən 604.500 avtomobili geri çağırır.
Trend xəbər verir
ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının
(NHTSA) açıqlamasında bildirilir.
Məlumata görə, qüsurlu şüşəsilən mühərriki sıradan çıxa bilər
ki, bu da sürücünün görmə qabiliyyətini pozur və qəza riskini
artırır. Dilerlər mühərrikləri yoxlayacaq və zəruri hallarda onları
pulsuz dəyişdirəcəklər.
Geri çağırılma 2020–2022-ci il modelləri olan “Ford Explorer” və “Ford Escape”, eləcə də “Lincoln Aviator” və “Lincoln Corsair”
avtomobillərinə şamil olunur.
Şirkətin səhmləri cümə axşamı günü 2,9% ucuzlaşıb. İlin
əvvəlindən bəri “Ford Motor Company”nin bazar kapitallaşması 5,2%
azalaraq 51,1 milyard dollara düşüb.


