SEPAH regionun bütün iqtisadi mərkəzlərinə zərbə ilə hədələyib

Baş səhifə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərinin müşaviri general Ebrahim Cabari ölkəyə əlavə zərər vurulacağı təqdirdə İranın Yaxın Şərqin əsas iqtisadi mərkəzlərinə zərbə endirə biləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Cabari qeyd edib ki, İran bu barədə artıq xəbərdarlıq edib.

“Biz düşmənə dedik ki, əgər onlar bizim əsas obyektlərimizə zərər vurmağa cəhd etsələr, regionun bütün iqtisadi mərkəzlərini hədəfə alacağıq. Qoy bilsinlər ki, biz bunu edəcəyik”, – deyə o vurğulayıb.