
Bakı.Trend:
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində
cavab oyununa çıxacaq.
Trend xəbər
verir ki, Azərbaycan çempionu İngiltərədə “Nyukasl” klubunun qonağı
olacaq.
“Sent Ceyms Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı
ilə saat 00:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Davide
Massa idarə edəcək.
Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyunda “Nyukasl” 6:1 hesablı
qələbə qazanıb.


