Bakı. Trend:
Peru Parlamenti Prezident Xose Xeriə qarşı etimadsızlıq
təklifini təsdiqləyib və onu vəzifəsindən uzaqlaşdırmaq niyyətində
olduğunu bildirib.
Trend xəbər verir
ki, məlumat Peru Konqresiin “YouTube” kanalında yayımlanıb.
Səsvermədən sonra Parlament sədrinin səlahiyyətlərini icra edən
Fernando Rospiqliosi bildirib ki, “Konqres prezident, Respublikanın
səlahiyyətlərini icra edən Xose Xeriyə qarşı etimadsızlıq
təklifinin qəbul edilməsi ilə bağlı təkliflər təsdiqlənib”.

