Soyğunçuluq edən şəxslər saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Xətai rayonunda soyğunçuluq faktı qeydə alınıb. Naməlum şəxslər
paytaxt sakininin mobil telefonunu açıq talama yolu ilə ələ
keçiriblər.

Trend xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən
tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Əliyev və
həmyaşıdı M.Seyidov müəyyən olunaraq saxlanılıblar.




Araşdırmalarla həmin şəxslərin işdən evə qayıdan zərərçəkənə
yaxınlaşaraq onu sorğu-suala tutduqları və diqqətini yayındıraraq
cibindən mobil telefonunu götürüb qaçdıqları məlum olub.

Araşdırma aparılır.