Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud
Pezeşkian ilə telefon danışığı aparıb.
Trend-in
məlumatına görə, telefon söhbəti zamanı Türkiyə ilə İran arasında
ikitərəfli münasibətlər, həmçinin regional məsələlər müzakirə
olunub.
Prezident Ərdoğan İranda baş verən hadisələri yaxından
izlədiyini bildirib, Türkiyənin ölkədə sülh və sabitliyə böyük önəm
verdiyini və İrana qarşı hər hansı xarici müdaxiləni heç vaxt qəbul
etmədiyini vurğulayıb.
Türkiyə lideri mövcud problemlərin dialoq yolu ilə həllinin və
regionda gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin
əsas maraqlarına uyğun olduğunu qeyd edib.

