“Qobu Park” yaşayış kompleksində yanğın oldu

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park”
yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil
olub.

Trend xəbər
verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının
səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş
yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzilin
mətbəx mebelinin 3p.m hissəsi, soyuducu və paltaryuyan maşın qismən
yanıb.

Mənzil yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.