Paytaxtın bu ərazisində işıq kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin
verilişində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də Biləcəri Enerji Təchizatı və
Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində
təmir-təftiş işləri həyata keçiriləcək.




Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood”
zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.