Xətaidə 20 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı.Trend:

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn
Məmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12
kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək
aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə
tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran
vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini
bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.