Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Baş səhifə
Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb.

“Report” xəbər verir ki, naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospekti 80A ünvanının qarşısında 1948-ci il təvəllüdlü Bayramova Mahirə Əhməd qızını vurub.

Piyada təcili tibbi yardım vasitəsi ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.