Dələduzluq edən SMM polis tərəfindən saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza
və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, o, həmin məkanların sosial şəbəkələrdə reklamları
təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16 379
manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib.
Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri
aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi
başlanılıb, araşdırma aparılır.