ABŞ Konqresi güclü haker hücumuna məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Çindən olan haker qrupu ABŞ Konqresinin əsas komitələrinin
əməkdaşlarına aidə elektron poçt ünvanlarını sındırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Hücumun arxasında Çin hökuməti ilə əlaqələrinin olduğu deyilən
“Salt Typhoon” qruplaşmasının durduğu ehtimal edilir. Məlumata
görə, kiberhücum hədəfinə çevrilmiş komitələr arasında Konqresin
xarici işlər, kəşfiyyat və silahı qüvvələr üzrə komitələri də yer
alır.

Hakerlərin konqresmenlərinə elektron poçtlarına çıxış əldə
edib-etmədikləri hələ ki, məlum deyil. Virtual hücumun izlərinin
2025-ci ilin dekabr ayında üzə çıxdığı bildirilir. Konqres məlumatı
rəsmi olaraq təsdiqləməyib.