Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Baş səhifə
Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun “PMK-9” deyilən ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri; 1979-cu il təvəllüdlü Əhmədova Aynurə Əzizəli qızı, 1988-ci il təvəllüdlü Əzizova Günel Roman qızı, 1991-ci il təvəllüdlü Allahverdiyev Heybət Rafət oğlu və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Aşur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.