
ABŞ Qrenlandiyanın raketdən müdafiə infrastrukturu üçün vacib olduğuna inanır.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “Fox News”a müsahibəsi zamanı deyib.
“Qrenlandiya təkcə milli təhlükəsizliyimiz üçün deyil, həm də bütün dünyanın milli təhlükəsizliyi üçün vacibdir. Bütün raketdən müdafiə infrastrukturu qismən Qrenlandiyadan asılıdır”, – Vens bildirib.
ABŞ-ın vitse-prezidenti hesab edir ki, Danimarka adanın təhlükəsizliyinə kifayət qədər zəmanət verə bilməyib.


