Hyundai bu il üçün satış hədəfini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti 2026-cı ildə satış
hədəfini açıqlayıb.

Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, şirkət bu il 4,16 milyon avtomobil satmağı
planlaşdırdığını bildirib.

Bu göstərici şirkətin 2025-ci ildə əldə etdiyi 4,14 milyonluq
satış nəticəsindən bir qədər yüksəkdir. Lakin ötən il üçün qoyulan
4,17 milyonluq hədəfdən aşağıdır.