Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Baş səhifə
Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Adil Kərimli

Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.