Fon der Lyayen: Venesuela xalqını dəstəkləyirəm

Baş səhifə
Fon der Lyayen: Venesuela xalqını dəstəkləyirəm

Ursula fon der Lyayen

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Aİ-nin Venesueladakı vəziyyətin inkişafını çox diqqətlə izlədiyini və ölkə xalqının hakimiyyətin dinc və demokratik yolla ötürülməsi uğrunda səylərini dəstəklədiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə o, “X” hesabında bildirib.

“Biz Venesueladakı vəziyyəti çox diqqətlə izləyirik. Venesuela xalqını dəstəkləyirik, hakimiyyətin dinc və demokratik yolla ötürülməsinin tərəfdarıyıq. İstənilən qərar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olmalıdır”, – o yazıb.

U.Lyayen qeyd edib ki, Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasla birlikdə və Aİ-yə üzv dövlətlərlə əlaqəli şəkildə Venesuelada olan Aİ vətəndaşlarına hərtərəfli dəstək göstərilir.