Bu gecə meteor yağışı pik həddə çatacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Bu gecə müşahidə olunan meteor selləri pik həddə çatacaq.

Trend xəbər
verir ki, bu barədə məlumat Beynəlxalq Astronomiya Birliyinin (BAİ)
2026-cı il üçün meteor seli təqvimində əks olunub.




Məlumata görə, meteor selinin piki 3-4 yanvarda gözlənilir.

Belə ki, 3 yanvarda meteor selinin radiantı yerli vaxtla
21:39-da doğacaq və bütün gecə üfüqdən yuxarıda olacaq. Lakin
bədrlənmiş Ay müşahidələrə mane olacaq. Adətən, saatda 80-120
meteor gözlənilsə də, Ayın işığına görə saatda 10-dək ən parlaq
meteor görmək şansı var.