Çexiya artıq Ukraynaya dövlət büdcəsindən vəsait ayıra bilməyəcək

Baş səhifə

Bakı. Trend:

Çexiya Ukraynaya kredit üçün zamin olmadı, çünki ölkənin özündə
vəsait çatışmır.

Trend-in
məlumatına görə, bu barədə Çexiyanın baş naziri Andrey Babiş “Denik” portalına müsahibəsində deyib.

“Artıq Çexiya büdcəsindən Ukraynaya pul ayıra bilmirik, çünki
məktəb aşpazları üçün belə kifayət qədər vəsaitimiz yoxdur”, – deyə
A.Babiş bildirib.




O qeyd edib ki, Çexiya məhz buna görə Ukraynaya 90 milyard avro
məbləğində kredit verməkdən imtina edib.

“Zəmanət əslində borcdur, çünki Ukraynanın bu pulu heç vaxt geri
qaytara bilməyəcəyi açıq-aydındır”, – deyə baş nazir
vurğulayıb.