Bakı. Trend:
Rusiyada Moskvanın cənubunda avtomobilin partladılması
nəticəsində 2 polis əməkdaşı və hadisəni törədən şəxs həlak
olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin
bəyanatında qeyd olunub.
İlkin məlumatlara görə, gecə saatlarında iki polis leytenantı
Yeletskaya küçəsində xidməti avtomobilin yaxınlığında şübhəli bir
şəxsi görüb.
Naməlum şəxsi saxlamaq üçün ona yaxınlaşdıqları anda partlayış
baş verib. Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı,
həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olan
həmin şəxs həlak olub.
Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu DYP-yə məxsus
xidməti avtomobilin alt hissəsinə, sürücünün yanında, sərnişin
oturacağı tərəfdən bərkidilib.
Hazırda istintaq partlayıcı qurğunun işə salınma mexanizmini
müəyyənləşdirir. Polis əməkdaşlarının həyatına qəsd və partlayıcı
maddələrin qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi başlanıb.

