Bakı.Trend:
Estoniyanın Energetika və Ətraf Mühit nazirliyi Ukraynanın
enerji infrastrukturunun bərpasına 2 milyon avro ayıracaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Andres Sutt
bəyanat səsləndirib.
“Estoniyanın Ukraynaya dəstəyi davamlı və uzunmüddətlidir.
Ukraynada enerji bugün sadəcə iqtisadiyyatın bir sahəsi deyil, o
həmdə sağqalma məsələsidir. Biz bununla hələ fonda öz tövfələrini
verməmiş ölkələrə nümunə olmaq istəyirik, çünki biz Ukraynanın
enerji infrastrukturuna dəstəkdə ümumi cavabdehlik daşıyırıq”, –
bəyanatda deyilir.
Məlumata görə, Tallinn tərəfindən ayrılan məbləğ Ukraynanın
enerji müəssisələrinin təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə
kömək edəcək. Buraya ehtiyat hissələrinin, generatorların və
yanacağın alınması, həmçinin qəza-bərpa təmir işlərinin aparılması
daxildir.

