
Azərbaycan Türkiyə ilə “e-Permit” – elektron icazə blankının tətbiqi sistemi üzərində işləri tamamlayıb.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “II Azərbaycan-Türkiyə investisiya forumu”nda deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq növbəti ildən bütün yükdaşımalar üzrə icazələrin “e-Permit” vasitəsilə verilməsinə hazır olacaq: “Azərbaycan ilə Türkiyə arasında sıx və koordinasiyalı əməkdaşlıq, ortaq siyasi iradə və strateji baxış, praktiki fəaliyyətlər ölkələrimizə rəqabətqabiliyyətli və dayanıqlı nəqliyyat və loqistika imkanları ilə birləşdirir. İnanırıq ki, bu, nəticədə bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


