Bakı. Trend:
Dekabrın 20-də 13 kiçik qayıqla 800-dən çox miqrant La-Manş
boğazını keçərək ölkəyə daxil olub.
Trend xəbər verir ki, bu
barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici son illərdə dekabr ayı üçün qeydə
alınan ən yüksək rəqəm hesab olunur. Məlumata əsasən, bu artım son
günlərdə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən keçidi
təxirə salan şəxslərin yığılması ilə əlaqələndirilir. Nəticədə
2025-ci il ərzində La-Manşı keçən miqrantların ümumi sayı 41 min
455 nəfərə çatıb. Bu da 2024-cü ilin bütün ili üzrə qeydə alınmış
36 min 816 nəfərlik göstəricini üstələyir. “Home Office”
nümayəndəsi bildirib ki, kiçik qayıqlarla həyata keçirilən bu cür
keçidlər qəbuledilməzdir və Britaniya ictimaiyyəti daha yaxşı həll
yolları gözləyir. Qeyd olunur ki, 803 miqrant Britaniyanın sərhəd
qüvvələri tərəfindən sahilə çıxarılaraq Dover limanına
gətirilib.

