Mingəçevirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevirdə iki minik avtomobili toqquşması nəticəsində 3 nəfər
xəsarət alıb.

Trend-in yerli
bürosunun xəbərinə görə, şəhər ərazisində hərəkətdə olan “Hyundai”
markalı avtomobil “VAZ” 2106 markalı avtomobillə toqquşub. Baş
verən qəza zamanı 3 nəfər Vaz-2106-nın sürücüsü Yevlax rayon sakini
2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, sərnişlər 2003-cü
il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan
– müxtəlif dərəcəli xəsarət alaraq şəhər xəstəxanasına
çatdırılıb.




Faktla bağlı araşdırma başlanıb.