“Mançester Yunayted” “Aston Villa”ya uduzub – İngiltərə Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu
keçirilib.

Trend xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Aston Villa”nın qonağı olub. Görüş
meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.




Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəki
mövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gecə keçiriləcək “Fulhem” – “Nottingem”
görüşü ilə yekun vurulacaq.