Naxçıvanda 66 yaşlı kişi odda yanaraq ölüb.
APA xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılaraq yanıb. Hadisədən bir qədər sonra onun yanmış meyiti aşkar edib.
İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayevin ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

