Suriyada partlayış olub, yaralılar var

Baş səhifə
Suriyada partlayış olub, yaralılar var

Suriyanın şimal-qərbində baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə “Report” “Sky News Arabiya”ya istinadən xəbər verir.

Məlumata görə, partlayış İdlib əyalətinin Kafr-Taxarim şəhərində baş verib. Qeyd olunur ki, zərərçəkənlərin sayı hələ ki məlum deyil.

Mənbələrin məlumatına görə, hadisənin səbəbləri araşdırılır.