Dünya şöhrətli tennisçi sürücülük hüququndan məhrum edilib

Baş səhifə

Bakı. Trend:

Dünya şöhrətli yunan tennisist Stefanos Tsitsipas Yunanıstanda
sürət həddini aşdığına görə bir il müddətinə sürücülük hüququndan
məhrum edilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, idmançı idarə etdiyi “Lotus” avtomobili ilə sürət
həddi saatda 130 kilometr müəyyən edilmiş avtomagistralda 210
km/saat sürətlə hərəkət edib.




Yol hərəkət qaydasının pozuntusu Yunanıstan yollarına
təhlükəsizliyin artırılması məqsədilə avtomagistrallarda
quraşdırılan yeni kamera texnologiyaları ilə qeydiyyata alınıb.

Sürücülük vəsiqəsindən bir il müddətinə məhrum olan tennisçi,
bundan başqa 2 min avro məbləğində cərimə ödəməli olacaq.