Gələn il Azərbaycanın sosial xərcləri Ermənistan büdcəsinin ümumi xərclərindən daha çox olacaq – Vüqar Bayramov

Baş səhifə

Bakı. Trend:

Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın
sosial göstəricilərini qonşu dövlətlərlə müqayisə etməyə çalışaraq
yanlış fikirlər formalaşmağa çalışırlar.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət
sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun
layihələrinin müzakirəsi zamanı deyib.




Millət vəkili vurğulayıb ki, gələn il Azərbaycan dövlət
büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın
büdcəsinin ümumi xərclərindən daha çoxdur.

“2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri
Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə
yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8
dəfə çoxdur. Əgər Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir
ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən
söhbət gedə bilər?”, – deyə deputat qeyd edib.